Qırğızıstandan olan məşhur pianoçusu Vikram Ruzaxunovun Bakıda konserti keçirilib.
"Report" xəbər verir ki, pianoçu tanınmış bəstələri ifa edib.
Çik Koreanın improvizasiyasındakı musiqi tamaşaçıların böyük sevincinə səbəb olub.
Musiqiçinin sözlərinə görə, o, dünya ifaçılarından maraqlı olanları götürməyə, öz yozum və ideyalarını əlavə etməyə çalışır.
Eksperimentallıq, dünya klassiklərinə çevrilmiş caz kompozisiyalarının orijinal təfsiri üçün daimi axtarış musiqiçinin əlamətdar xüsusiyyətinə çevrilib.
Qeyd edək ki, o, Mərkəzi Asiyada cazın populyarlaşmasında mühüm rol oynamışdır.