Bakıda sahibsiz heyvanlar mövzusuna həsr olunan xeyriyyə aksiyası keçiriləcək

Bakıda sahibsiz heyvanlar mövzusuna həsr olunan xeyriyyə aksiyası keçiriləcək Tədbir çərçivəsində sərgi və caz konserti keçiriləcək
Mədəniyyət siyasəti
109
16 May , 2016 13:10
Bakıda sahibsiz heyvanlar mövzusuna həsr olunan xeyriyyə aksiyası keçiriləcək

Bakı. 16 may. REPORT.AZ/ Bakıda sahibsiz heyvanlar mövzusuna həsr olunmuş xeyriyyə aksiyası keçiriləcək.

Aİ-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, "Mən danışa bilmirəm. Sən mənim səsimsən" adlı xeyriyyə sərgisi mayın 19-da Alman-Azərbaycan Mədəniyyət Birliyi "Kapelhaus"da keçiriləcək. Sərgidə Azərbaycan rəssamları sahibsiz heyvanların həyatı barədə olan işlərini təqdim edəcək.

Mayın 20-də isə məşhur ifaçilar Nərmin Kərimbəyova, İlqar Əliyev və Aleksandra Vıdriyanın iştirakı ilə caz konserti keçiriləcək.

Qeyd edək ki, xeyriyyə tədbirləri "Arts Council Azərbaycan", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus” ilə birgə və TISA Beynəlxalq Məktəbi, "Baku Street Dog Rescue" (BSDR) təşkilatının dəstəyi ilə təşkil olunur.

Son xəbərlər

Orphus sistemi