Bakıda “Qobustan bəşəriyyətin müqəddəs kodu kimi” mövzusunda dəyirmi masa keçiriləcək

Bakıda “Qobustan bəşəriyyətin müqəddəs kodu kimi” mövzusunda dəyirmi masa keçiriləcək “Nine Senses” incəsənət mərkəzi qədim sivilizasiyaların tarixi, mədəniyyəti və sirləri ilə maraqlanan hər kəsi “Qobustan bəşəriyyətin müqəddəs kodu kimi” adlı dəyirmi masaya dəvət edir.
Mədəniyyət siyasəti
10 Dekabr , 2024 22:44
Bakıda “Qobustan bəşəriyyətin müqəddəs kodu kimi” mövzusunda dəyirmi masa keçiriləcək

“Nine Senses” incəsənət mərkəzi qədim sivilizasiyaların tarixi, mədəniyyəti və sirləri ilə maraqlanan hər kəsi “Qobustan bəşəriyyətin müqəddəs kodu kimi” adlı dəyirmi masaya dəvət edir.

“Report” xəbər verir ki, bu unikal tədbir “Qobustan kodu” tədqiqat işi çərçivəsində keçiriləcək və arxeologiya, sənətşünaslıq, ekologiya və tarix sahələri üzrə mütəxəssisləri bir araya gətirəcək.

Aparıcı ekspertlər Qobustanın müqəddəs irsi ilə bağlı fikirlərini təqdim edəcəklər. Qobustan şamanı Tərlan Manafov “Qobustan kodu” mövzusunda çıxış edəcək. Tarix elmləri doktoru, qayaüstü rəsmlər üzrə mütəxəssis Məlahət Fərəcova “Üç ölçülü sirlər: Qobustan qayalarında gizli hekayələrin açılması” mövzusunda danışacaq. “Həyəcan” QHT-nin sədri, meşə biomüxtəlifliyi üzrə ekspert, WCPA/IUCN-nin Təbii Ərazilərin Mühafizəsi üzrə Beynəlxalq Komissiyasının üzvü Əliheydər Məmmədov Azərbaycanın qədim sivilizasiyalarını mifologiya və sakral dünyagörüşü prizmasından tədqiq etdiyi “Paralel təkamül” adlı məruzə ilə çıxış edəcək. “Artifakt ovçuları” təşəbbüs qrupunun rəhbəri, diyarşünas Sabit Coculu “Qobustanın türk mədəni irsi” haqqında danışacaq, damğalara, onların qorunub saxlanmasına və turizm marşrutları vasitəsilə populyarlaşmasına xüsusi diqqət yetirəcək. Tarix elmləri doktoru Ceyhun Bayramlı “Şamanlıq, zərdüştlük, sufilik və Qobustanın dünya sivilizasiyaları ilə əlaqəsi” mövzusunda çıxış edərək qədim Qobustanın dünyanın əsas mədəni-mənəvi mərkəzləri ilə əlaqəsini ortaya qoyacaq.

Tədbirdə Qobustan fenomeninin arxeoloji əhəmiyyəti, qayaüstü rəsmlərin simvolizmi, qədim insanların kosmoloji təlimləri və simvolların alternativ şərhləri kimi əsas məqamlara toxunulacaq.

Fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı “Qobustan-3029” bədii dioramasına xüsusi diqqət yetiriləcək. Bu unikal əsər tamaşaçıları uzaq gələcəyə aparır və özündə mifologiya, müasirlik və futurizmi birləşdirir. Müəllif özü necə ilhama gəlməsi və dioramanın detallarında yer almış mənalar haqqında danışacaq.

Dəyirmi masa Toğrul Avşarın Qobustanın mənzərəli yerlərində çəkilmiş filminin nümayişi ilə yekunlaşacaq. Film sənət və müqəddəs məkanlar arasındakı əlaqəni araşdıraraq, Güc Yerlərinin rəssamı necə ilhamlandırdığını və enerji dirijoruna çevirdiyini ortaya qoyur.

Son xəbərlər

Orphus sistemi