Qətər Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

Qətər Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir.
Mədəniyyət siyasəti
10 aprel 2025 19:58
Qətər Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

Qətər Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, açılış mərasimində Azərbaycan və Qətər mədəniyyət nazirləri və nazirlik nümayəndələri ilə yanaşı, incəsənət xadimləri, media mənsubları və digər qonaqlar iştirak edib.

Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.

18:10

Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir.

“Report” xəbər verir ki, bu gündən etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri təqdim olunur.

Təqdimatda iştirak edən mədəniyyət naziri Adil Kərimli və qətərli həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani pavilyonlarda nümayiş olunan mədəni sənət nümunələri, ölkənin milli mətbəxi ilə tanış olublar.

Mədəniyyət nazirin müavini Fərid Cəfərli 2024-cü ilin fevralında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günlərini və bu günlərdə Bakıda keçirilən Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətindən danışıb.

Nazir müavini Azərbaycan-Qətər mədəni əlaqələrinin bundan sonra da inkişafından əminliyini ifadə edib.

Qeyd edək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək.

Foto ;Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi