Bakıda Pakistanın mədəniyyəti və milli mətbəxinə həsr olunan festival keçirilir

Bakıda Pakistanın mədəniyyəti və milli mətbəxinə həsr olunan festival keçirilir Bakıda Pakistanın Müstəqilliyinin 76-cı ildönümü münasibətilə bu ölkənin mədəniyyətinə və milli mətbəxinə həsr olunan festival keçirilir.
Mədəniyyət siyasəti
14 Avqust , 2023 16:30
 Bakıda Pakistanın mədəniyyəti və milli mətbəxinə həsr olunan festival keçirilir

Bakıda Pakistanın Müstəqilliyinin 76-cı ildönümü münasibətilə bu ölkənin mədəniyyətinə və milli mətbəxinə həsr olunan festival keçirilir.

"Report" xəbər verir ki, tədbir Pakistanın görməli yerlərini əks etdirən videoçarxla başlayıb.

Festivalı giriş sözü ilə açan Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki ölkə arasında əlaqələrin əsrlərə gedib çıxdığını qeyd edib: “Bundan başqa, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub”.

Səfir həmçinin 20-ci əsrin əvvəllərində Pakistanda vəba xəstəliyinin yayılmasına qarşı mübarizədə Hacı Zeynalabdin Tağıyevin müstəsna rolundan danışıb: “Azərbaycanlı xeyriyyəçi öz vəsaiti hesabına Pakistana yüz minlərlə ampula vəba peyvəndi alıb göndərib, bu da ölkənin ölümcül xəstəliyə qalib gəlməsində mühüm rol oynayıb”.

Diplomat bildirib ki, Azərbaycan və Pakistan beynəlxalq arenada həmişə bir-birini dəstəkləyib: “Bu gün Kəşmirlə azad edilmiş Qarabağın bir çox oxşar cəhətləri var. Ümid edirik ki, Azərbaycanın və digər dost ölkələrin dəstəyi ilə Kəşmir tezliklə azad olacaq”.

Tədbir zamanı Azərbaycan və Pakistanın milli rəqsləri ifa olunub.

Son xəbərlər

Orphus sistemi