Bakıda "Muzeydə gecə" adlı konsert keçirilib

Bakıda "Muzeydə gecə" adlı konsert keçirilib Bakıda "Muzeydə gecə" adlı konsert keçirilib.
Mədəniyyət siyasəti
18 May , 2022 20:41
Bakıda Muzeydə gecə adlı konsert keçirilib

Bakıda "Muzeydə gecə" adlı konsert keçirilib.

"Report" xəbər verir ki, tədbir Beynəlxalq Muzeylər Günü ilə bağlı vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunmasına həsr edilib.

Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində açıq havada baş tutan Bakı Kamera Orkestrının konsertində Mədəniyyət Nazirliyinin nümayəndələri, Milli İncəsənət Muzeyinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsert çərçivəsində Beynəlxalq muzeylər günü çərçivəsində tamaşaçılara müxtəlif multimedia layihələri təqdim edilib.

Xatırladaq ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi