Yuxarı

Bakıda müasir İndoneziyanın qurucusu haqqında film nümayiş olunacaq

Film səfirin iqamətgahında nümayiş olunacaq

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda İndoneziyanın "Sukarno" filmi nümayiş olunacaq.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, müasir İndoneziyanın yaradıcısı olan Sukarnoya həsr edilmiş film bu gün saat 19.00-da səfirin iqamətgahında nümayiş olunacaq.

Filmin təqdimatında İndoneziyanın Azərbaycandakı diasporunun üzvləri, eləcə də İndoneziya mədəniyyətinin vurğunları iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi