Bakıda meksikalı piano ifaçısının konserti olacaq

Bakıda meksikalı piano ifaçısının konserti olacaq Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində meksikalı piano ifaçısı Xesus Lepe Riko konsert verəcək.
Mədəniyyət siyasəti
113
26 Noyabr , 2018 14:20
Bakıda meksikalı piano ifaçısının konserti olacaq

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində meksikalı piano ifaçısı Xesus Lepe Riko konsert verəcək.

“Report”a Meksika səfirliyindən verilən məlumata görə, konsert zamanı İohann Sebastyan Bax, Lüdviq van Bethoven, Frederik Şopen kimi dünya klassik sənətkarlarının, habelə Meksikanın bəzi tanınmış bəstəkarlarının əsərləri səsləndiriləcək. Səfirlikdən həmçinin tədbirin iki ölkə və xalqın yaxınlaşmasına, mədəniyyət və incəsənətinin qarşılıqlı tanıdılmasına töhfə vermək məqsədi ilə keçirildiyi vurğulanıb.

Qeyd edək ki, Meksikanın müxtəlif səhnələrində solo konsertlər verən Xesus Lepe Riko Papantla Beynəlxalq Fortepiano Festivalının təsisçisi və baş direktorudur.

Son xəbərlər

Orphus sistemi