Bakıda dünya şöhrətli aşpaz Luis Palmerosun iştirakı ilə Meksika mətbəxi üzrə master-klass keçirilib.
“Report” xəbər verir ki, master-klass Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbir zamanı qonaqlara Meksikanın məşhur lobya şorbasının (La sopa de frijol), həmçinin fıstıq sousu və ədviyyatlı məşhur toyuq yeməyinin (El pollo encacahuatado) hazırlanma qaydası nümayiş etdirilib.
Ardından şef-aşpazın hazırladığı təamların dequstasiyası olub.
Bundan öncə L.Palmeros həmçinin AzTV telekanalının qonağı olub.
Qeyd edək ki, L.Palmeros Meksikanın Verakrus ştatında anadan olub. Vətənində onun məşhur “El Cuarto Blanco” (Ağ otaq) restoranı var.
Aşpazın hazırladığı yeməklər İspaniya, Fransa, Böyük Britaniya, Belçika, Tailand, ABŞ, Andorra paytaxtlarında, eləcə də Meksikanın bir sıra şəhərlərində dadılıb.