Yuxarı

​Bakıda Meksika mətbəxi həftəsi keçiriləcək

Meksikanın məşhur aşpazı Anxel Vaskes bu ölkənin mətbəxinin təamlarını təqdim edəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-18-də Meksikanın müstəqillik gününün Azərbaycanda ilk dəfə qeyd olunmasının bir hissəsi olaraq Bakıda restoranların birində meksikalı aşpaz Anxel Vaskez (Angel Vazquez) tərəfindən Meksika mətbəxinin təamlarından ibarət menyu təqdim olunacaq.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Meksikanın Pueblo ştatından olan baş aşpaz Angel Vazquez bundan əvvəl dünyanın müxtəlif şəhərlərində çalışıb.

Qeyd edək ki, Meksika mətbəxi 2010-cu ildə UNESCO-nun Bəşəriyyətinin Qeydi-maddi İrsi kimi tanınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi