Yuxarı
    Bağlamaq

    Bakıda kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin xatirəsi yad edilib

    Tədbirdə Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusların, Latin Amerikası diasporunun nümayəndələri, incəsənət xadimləri iştirak edib

    Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Bakı Müasir İncəsənət Muzeyində tanınmış kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin anım mərasimi keçirilib. 

    “Report”un məlumatına görə, Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Pena Qabriel Qarsiya Markesin xatirəsini anmaq üçün toplaşmış hər kəsə minnətdarlığını bildirib.

    Kolumbiyalı fotoqraf Nereonun Qabriel Qarsiya Markesə həsr etdiyi fotosərginin açılışında çıxış edən Ə.Xater deyib: "Biz "Odlar Yurdu" Azərbaycanda Kolumbiya mədəniyyətini təqdim etməkdən məmnunluq hissi keçiririk. Bu yazıçının əsərlərini hamı tanıyır və sevir. Onun kitabları dünyanın 40 dilinə tərcümə edilib.

    Kolumbiyalı yazıçı Oktavio Eskobar isə çıxışında Qabriel Qarsiya Markesin həyat və yaradıcılığından və müasir Kolumbiya ədəbiyyatından söz açıb.

    Tədbirdə Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusların, Latin Amerikası diasporunun nümayəndələri, incəsənət xadimləri iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi