Bakıda Kolumbiya film festivalı keçiriləcək

Bakıda Kolumbiya film festivalı keçiriləcək Festival zamanı tamaşaçılar üç film izləyəcək
Mədəniyyət siyasəti
1753
1 Mart , 2017 16:49
Bakıda Kolumbiya film festivalı keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda Kolumbiya film festivalı keçiriləcək.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, festival martın 2-4-də keçiriləcək.

Festival çərçivəsində tamaşaçılar "Sevgi və başqa cinlər haqqında" dramı (2 mart), "Sofiya və inadkar" romantik komediyası (3 mart) və "İlanı qucaqlamaq" (4 mart) filmlərini izləyə biləcəklər.

Filmlər ispan dilində səslənəcək, altyazı ingilis dilində olacaq. Film nümayişlərinə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi