Bakıda ilk “Avropa təamları” kulinariya festivalı keçiriləcək

Bakıda ilk “Avropa təamları” kulinariya festivalı keçiriləcək Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birlikdə Bakıda “Avropa təamları” kulinariya festivalı təşkil edəcək.
Mədəniyyət siyasəti
23 İyun , 2023 16:30
Bakıda ilk “Avropa təamları” kulinariya festivalı keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birlikdə Bakıda “Avropa təamları” kulinariya festivalı keçirəcək.

“Report” xəbər verir ki, tədbir iyunun 24-ü, saat 17:00-dan 21:00-dək Su İdmanı Sarayının yaxınlığında, açıq havada təşkil olunacaq.

Məqsəd Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.

Festival çərçivəsində Bolqarıstan, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa və Rumıniyanın Azərbaycandakı səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcək.

Tədbir zamanı Aİ nümayəndəliyi tərəfindən nəşr edilən “Avropa təamları” kitabının təqdimatı keçiriləcək. Kitabda ittifaqa üzv 27 ölkənin ənənəvi reseptləri Azərbaycan dilində əksini tapıb. Nəşri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi saytında elektron formatda da əldə etmək olar.

“Qida Azərbaycan və bütün Avropa mədəniyyətində mühüm yer tutur. Avropada olduğu kimi burada da birgə nahar məclisləri ənənəsi yüksək qiymətləndirilir. Sizi Avropa mətbəxinin təamlarını dadmağa və yaxınlarınızla bölüşə biləcəyiniz kulinariya ənənələrini kəşf etməyə dəvət edirik”, - Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

Son xəbərlər

Orphus sistemi