Yuxarı

Bakıda II Mövsüm Səyahət Yarmarkası keçiriləcək

Yarmarka fevralın 21-də Bakıda yerləşən 28 mall Ticarət Mərkəzində olacaq

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 21-də Bakıda yerləşən "28 mall" Ticarət Mərkəzində II Mövsüm Səyahət Yarmarkası keçiriləcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikada fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz turu məhsullarının şəhər sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə təşkil ediləcək.

Yarmarka Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi