Yuxarı
    Bağlamaq

    Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək

    Tədbirdə bu ölkənin 15-20 müxtəlif əyalətinin musiqi və rəqsləri nümayiş olunacaq

    Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda İndoneziya Mədəniyyəti günləri keçiriləcək.

    İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir noyabrın 19-20-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

    Tədbirdə bu ölkənin mədəniyyət nümunələri, o cümlədən 15-20 müxtəlif əyalətin musiqi və rəqsləri nümayiş olunacaq.

    Eyni zamanda, tədbirə qatılan əyalətlərin iş adamları da Azərbaycana gələcək. Onlar ölkəmizlə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi