Yuxarı

​Bakıda Fransa səfirliyi tərəfindən təşkil olunan musiqi bayramı keçirilib

Səfir: Fransa ilə Azərbaycan arasında çox oxşarlıq var

Bakı. 21 iyun. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfirliyi növbəti dəfə Bakıda musiqi bayramı təşkil edib.

"Report" xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Aureliya Buşenin açılış mərasimində bildirdiyinə görə, bu kimi tədbirlər iki ölkə xalqları arasında yaxınlıq yaratmaq üçün nəzərdə tutulub.

O, Azərbaycan və Fransa arasında humanitar əlaqələrin möhkəmlənməkdə olduğunu qeyd edib:

"Fransa ilə Azərbaycan arasında çox oxşarlıq var. Və belə konsertlər bunu nümayiş etdirir".

Ardınca konsertə start verilib. Tədbirdə Fransanın "The Voice" televiziya proqramının iştirakçısı ArazOzarA (Araz Hümbətov), bəstəkar və müğənni Milan Məmmədov, "SubHe", "Les Gamins + Fafee" (Fəridə) qrupları, həmçinin Bakıdakı Fransa liseyinin solistləri və "Səs Azərbaycan" musiqi yarışmasının iştirakçıları olan Hüseyn Abdullayev, Ağamehdi Mirzəyev, Ləman Dadaşova və Nigar Hüseynli çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi