Bakıda Dağıstan mədəniyyəti günləri keçiriləcək

Bakıda Dağıstan mədəniyyəti günləri keçiriləcək Tədbir respublika başçısı Ramazan Abdulatipovun təşəbbüsüylə Heydər Əliyev Sarayında baş tutacaq
Mədəniyyət siyasəti
4 May , 2016 19:55
Bakıda Dağıstan mədəniyyəti günləri keçiriləcək

Bakı. 4 may. REPORT.AZ/ Bakıda Dağıstan mədəniyyəti günləri keçiriləcək. "Report" "RİA Daqestan"a istinadən xəbər verir ki, tədbir mayın 12-13-də respublika başçısı Ramazan Abdulatipovun təşəbbüsüylə Heydər Əliyev Sarayında keçiriləcək.

Bununla əlaqədar bu gün Mahaçqalada Azərbaycanda Dağıstan mədəniyyəti günləri çərçivəsində keçiriləcək böyük konsertə hazırlıq məqsədilə əsas məşq həyata keçirilib. Konsert proqramına Dağıstanın aparıcı aktyorları və kollektivlərinin çıxışları daxildir.

Bakıda keçiriləcək bayram tədbirləri çərçivəsində fotosərgi və Dağıstanın dekorativ-tətbiqi incəsənət, ənənəvi və xalq sənətkarlıq sərgiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi