“CineMastercard” premium kinoteatrında oktyabrın 25-də Türkiyənin “Bir Cumhuriyet Şarkısı” tarixi dramın nümayişi baş tutacaq.
"Report" xəbər verir ki, film BKM (Beşiktaş Kültür Merkezi) studiyasının XX əsrin otuzuncu illərində Türkiyəni formalaşdıran tarixi hadisələrə həsr olunmuş genişmiqyaslı əsəridir.
Filmdə əsas rolları milli musiqi məktəbinin yaradıcılarından biri və ilk milli operanın bəstəkarı Ahmet Adnan Sayqunu canlandıran Salih Bademci və onun həyat yoldaşı, pianoçu Mediha rolunu canlandıran Melis Sezenidir. Filmin rejissoru isə Yağız Alp Akaydındır.
Ertan Saban isə hərəkatın lideri Mustafa Kemal Atatürkün rolunda çıxış edib. Ekranda ölkənin ilk opera müğənnisi olan Nimet Vahid obrazını Birce Akalay, Münir Hayri Egeli rolunu isə Ahmet Rıfat Sunqar oynayıb. Okan Yalabık prezident yanında simfonik orkestrin ilk bədii rəhbəri Osman Zeki Ungör rolunda çıxış edib.
Qeyd edək ki, çəkilişlər 2024-cü il martın 11-də başlayıb və çoxdan gözlənilən premyera 2024-cü ildə - respublikanın yüz illiyi şərəfinə planlaşdırılıb.