Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 20 Yanvarla bağlı bir sıra tədbirlər keçirəcək

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 20 Yanvarla bağlı bir sıra tədbirlər keçirəcək İstedad Mərkəzi” yanvarın 19-da saat 15:00-da Muzey Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş konsert təqdim edəcək
Mədəniyyət siyasəti
18 Yanvar , 2016 21:00
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 20 Yanvarla bağlı bir sıra tədbirlər keçirəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar tabeliyində olan müəsssisələrdə kəçiriləcək tədbirlərin planını tərtib edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

İdarəinin kollektivinin 20 Yanvar günü Şəhidlər Xiyabanına ziyarəti daxil olmaqla, tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə sərgilər, anım gecələri, dəyirmi masalar, kompazisiyalar, ədəbi-bədii gecələr, məlumat saatları və mühazirələr keçiriləcək.

Həmçinin, İdarənin nəzdində fəaliyyyət göstərən “İstedad Mərkəzi” yanvarın 19-da saat 15:00-da Muzey Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş konsert təqdim edəcək. Mərkəzin rəhbəri xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərinin ifasında milli və dünya bəstəkarlarının müxtəlif əsərləri səsləndiriləcək.

Son xəbərlər

Orphus sistemi