“Bakı Caz Festivalı – 2022” başa çatıb

Mədəniyyət siyasəti
  • 21 noyabr, 2022
  • 11:04
“Bakı Caz Festivalı – 2022” başa çatıb

“Bakı Caz Festivalı – 2022” başa çatıb.

“Report” xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edən israilli musiqiçi Yoqef Şetrit Azərbaycanın İsraildə səfirliyinin açılışından və ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsindən danışıb.

Proqramda iştirakçıların çıxışlarından və beynəlxalq münsiflər heyətinin qərarından sonra qaliblərin adları açıqlanıb:

Alade Vilson - vokal - 1-ci yer (Nigeriya)

Rüstəmzadə Əli - fortepiano - 2-ci yer (Azərbaycan)

İslamov Aslan - tuba - 3-cü yer (Azərbaycan).

Festivalın son akkordu italyan gitaraçı Federiko Kasaqrandenin çıxışı olub. İsti rahatlaşdırıcı mehriban ab-hava, demək olar ki, evdə hazırlanmış gitara akkordları və italyan notları 17-ci Bakı Jazz Festival gözəl və dəbli şəkildə başa vurdu.

Son xəbərlər

Bütün Xəbər Lenti