"Azəri qızları" rəqs ansamblının bədii rəhbəri vəfat edib

"Azəri qızları" rəqs ansamblının bədii rəhbəri vəfat edib Azərbaycan əsilli Özbəkistan rəqqası Kövkəb Əliyeva vəfat edib.
Mədəniyyət siyasəti
30 Sentyabr , 2021 11:33
Azəri qızları rəqs ansamblının bədii rəhbəri vəfat edib
Kövkəb Əliyeva

Azərbaycan əsilli Özbəkistan rəqqası Kövkəb Əliyeva vəfat edib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, K.Əliyeva hazırda Özbəkistanın paytaxtı Daşkənd şəhərində dəfn edilir.

Qeyd edək ki, K.Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olub. Özbəkistana köçmüş rəqqas Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirib. Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun estrada orkestrində işləyib. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə olub. 2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan - bizim ümumi evimizdir" festivallarının laureatı olub. Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədridir.

O, bu günə kimi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azəri qızları" rəqs ansamblının bədii rəhbəri olub.

K.Əliyeva Azərbaycan və Özbəkistanın əməkdar artistidir.

Son xəbərlər

Orphus sistemi