Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibi olub

Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibi olub Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibi olub
Mədəniyyət siyasəti
2 Oktyabr , 2023 11:29
Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibi olub

Azərbaycanlı tələbələr Özbəkistanda keçirilən XV Daşkənd Beynəlxalq Film Festivalının qalibi olub.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumta görə, tədbirə dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinemotoqrafçı, tanınmış aktyorlar, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.

Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdiyi "İpək Yolunun mirvarisi" Daşkənd Beynalxalq Film Festivalında ”5 günə film” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.

Müsabiqədə Azərbaycanı Dövlət Mədəniyyət və İncəsənət Universitetinın tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb.

Müsabiqənin 3000 dollar məbləğındə əsas pul mükafatı gənc sənətçi-tələbələrə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi