Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə səfərdə olan İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.
Əbülfəs Qarayev Azərbaycanın qonşu və dost İranla əlaqələrinin tarixindən danışıb, bu əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanla İranın dini, mədəni bağlılığı digər istiqamətlərdə də əlaqələrin əsasını təşkil edir.
Görüşdə qarşılıqlı mədəni layihələr, kino həftələrinin təşkili məsələlərinə toxunulub.