Bakı. 23 iyun.
Bu barədə "Report"a Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən təşkil olunub və namizədi və onun YUNESKO ilə bağlı proqramının Almaniyada tanıdılmasına yönəlib.
P.Bülbüloğlu Almaniyanın Federal Xarici İşlər Nazirliyində YUNESKO üzrə məsul olan dövlət naziri Maria Bömer, eləcə də xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndə Haydrun Tempel, Bundestaqın deputatları, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrents və onun müavini Yohannes Kars, Federal Kansler Administrasiyasında Orta, Cənub-Şərqi və Şərqi Avropa, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə şöbənin müdiri Knut Abraham və Qlobal Məsələlər, BMT və İnkişaf Siyasəti şöbəsinin müdiri Matias Lixartsla görüşlər keçirib.
Görüşlər zamanı Polad Bülbüloğlu YUNESKO-nun gələcək fəaliyyətinə dair baxışları haqqında qarşı tərəfə məlumat verib, baş direktor seçiləcəyi təqdirdə prioritet və təkliflərini sadalayıb.
Eyni zamanda, Almaniya tərəfinin YUNESKO məsələlərinə dair yanaşması barədə fikir mübadiləsi aparılıb.




