Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərinə həsr olunan ədəbi müsabiqənin nəticəsi açıqlanıb

Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərinə həsr olunan ədəbi müsabiqənin nəticəsi açıqlanıb Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
Mədəniyyət siyasəti
12 Sentyabr , 2023 15:20
Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərinə həsr olunan ədəbi müsabiqənin nəticəsi açıqlanıb

İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr olunan irihəcmli əsərlərin yaradılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş ədəbi müsabiqənin qalibi müəyyənləşib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqəyə təqdim edilmiş əsərlərin qiymətləndirilməsi və qalibin seçilməsi məqsədilə aidiyyəti sahə üzrə mütəxəssislərdən ibarət aşağıdakı tərkibdə Komissiya yaradılıb:

Vidadi Qafarov – Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru;

Səlim Babullaoğlu – Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi;

Qismət Rüstəmov – şair, tərcüməçi, esseçi;

Cavanşir Yusifli – tənqidçi, ədəbiyyatşünas, tərcüməçi.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün roman, dram və mənzum hekayə janrları üzrə qəbul olunmuş 23 əsər və onların müəllifləri xüsusi ştrix ilə şifrlənib, Komissiya üzvlərinə təqdim edilib.

Komissiya üzvləri tərəfindən hər bir əsərin oxunub, mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və əsərlər cədvəl üzrə qiymətləndirilib. Mədəniyyət Nazirliyində keçirilən yekun iclasda Komissiya üzvləri müsabiqədə fərqlənən hər bir əsər haqqında fikirlərini səsləndiriblər.

Komissiyanın yekun qərarına əsasən, roman və mənzum hekayə janrları üzrə təqdim olunan 15 adda əsərin bədii səviyyəsi müsabiqənin tələblərinə cavab vermədiyi üçün qalib əsər müəyyənləşməyib.
Dram janrı üzrə təqdim olunan 8 əsərin arasından qalib seçilib:

Sevinc Elsevər – “Çiçək məktublar”

Qaydalara əsasən, qalibə 5 000 (beş min) manat pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi