Qazaxıstanlı ekspert: "Azərbaycanın daha bir tarixi abidəsinin UNESKO-nun Dünya İrs Siyahısına salınması şəksiz qələbədir"

Qazaxıstanlı ekspert: "Azərbaycanın daha bir tarixi abidəsinin UNESKO-nun Dünya İrs Siyahısına salınması şəksiz qələbədir" “Şəki Xan Sarayı naxış və rəsmlərlə o qədər zəngindir ki, onlar vasitəsilə tariximizin yarısını tədqiq etmək olar”.
Mədəniyyət siyasəti
11 İyul , 2019 18:06
Qazaxıstanlı ekspert: Azərbaycanın daha bir tarixi abidəsinin UNESKO-nun Dünya İrs Siyahısına salınması şəksiz qələbədir

“Şəki Xan Sarayı naxış və rəsmlərlə o qədər zəngindir ki, onlar vasitəsilə tariximizin yarısını tədqiq etmək olar”.

“Report” xəbər verir ki, bunu “Şəki UNESKO siyahısında: əhəmiyyəti və perspektivləri” mövzusunda mətbuat konfransında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

O, Şəki Xan Sarayının Azərbaycan mədəniyyətinə bir çox abidələrin məxsusluğunu sübut etmək baxımdan da böyük əhəmiyyət daşıdığını qeyd edib: “Elə Rusiyada səhvən “çərkəzi” deyilən çuxa geyinmiş azərbaycanlıların təsvirləri buna əyani misaldır”.

“Neçə dəfə Azərbaycanla UNESKO arasında guya hansısa problemlərin olduğu barədə əsassız iddialar səsləndirilib. Lakin Bakıda belə bir tədbirin keçirilməsi, Şəki şəhərinin tarixi mərkəzinin və Xan Sarayının UNESKO siyahısına salınması bunun tam əksini sübut edir”, - deyən tarixçi bu barədə qərarın tarixi saxtalaşdıran erməni təbliğatçılara da zərbə vurduğunu qeyd edib.

“Təsəvvür edin ki, indiyədək Ermənistanda UNESKO siyahısına yalnız kilsələr salınıb. Hərçənd bir neçə il bundan əvvəl onlar işğal etdikləri Dağlıq Qarabağdakı məşhur alban abidəsi olan Gəncəsər (Qandzasar) monastırının namizədliyini irəli sürmək eşqinə düşdülər. Lakin Azərbaycanın bu abidəsinə baş çəkən UNESKO ekspertləri irimiqyaslı saxtalaşdırmaların, dəyişmələrin şahidi oldular. Nəticədə həmin abidə siyahıya salınmadı”, - azərbaycanlı tarixçi vurğulayıb.

Tanınmış qazaxıstanlı tarixçi-alim Arman Süleymenov da Azərbaycanın tarixi, mədəni mirasının dünya birliyinə tanıdılmasını həm Şəki şəhərinin, həm də bütövlükdə regionun inkişafına güclü təkan olacağını bildirib: “Böyük, mühüm, zəruri işlər görülüb. Azərbaycanın daha bir tarixi abidəsinin UNESKO-nun Dünya İrs Siyahısına salınması şəksiz qələbədir. Şəki buna layiqdir. Burada Azərbaycanın zəngin tarixinin bütöv bir səhifəsi var. Mədəniyyət sahəsində təhsilsiz doğru və dayanıqlı dövlətçiliyi inkişaf etdirə bilmərik”.

Son xəbərlər

Orphus sistemi