Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinin sürətləndirilməsinə həsr olunan layihənin təqdimatı keçirilib

Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinin sürətləndirilməsinə həsr olunan layihənin təqdimatı keçirilib Bakı. 15 noyabr. REPORT.AZ/ “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin nailiyyətləri, hazırdakı və gələcək fəaliyyətlərinə həsr olunan mətbuat konfransı keçirilib.
Mədəniyyət siyasəti
15 Noyabr , 2017 12:24
Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinin sürətləndirilməsinə həsr olunan layihənin təqdimatı keçirilib
Report/ Firi Salim

Bakı. 15 noyabr. REPORT.AZ/ “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin nailiyyətləri, hazırdakı və gələcək fəaliyyətlərinə həsr olunan mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, təqdimat Mədəniyyət və Turizm Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və İtaliyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu, rəhbərlik etdiyi qurumun keçirdiyi ikinci Tvinninq layihəsidir: "Bu layihənin həssaslıqla həyata keçirilməsinə görə İtaliya hökumətinə təşəkkür edirəm. Bu ərəfədə mütəxəssislərimiz İtaliyaya səfər edərək bu ölkənin mədəniyyət müəssisələri ilə tanış olmaqla Azərbaycanda necə tətbiqi üzərində çalışıblar və artıq uğurla həyata keçirilir. Hazırda Azərbaycanın bölgələrində müəssisələrin öz işinin düzgün və müasir bölmədə təşkili önəmlidir".

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib ki, mədəniyyətin təkmilləşdirilməsi ilə bağlı işlər aparılmalı və bu işə İtaliya da daxil olmalıdır: "Azərbaycanın uzun keçmişə söykənən irsi var. İtaliya bu layihədə iştirakına, mədəniyyətin inkişafına dəstəyinə görə fəxr edir".

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas təmsil etdiyi qurumun mədəniyyət sahəsinin təbliğinə əhəmiyyət verdiyini söyləyib: "Layihə çərçivəsində mütəxəssislər bir araya gələrək təcrübələrini bölüşüblər".

Layihə Avropa İttifaqı tərəfindən 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, eləcə də 2004-cü il Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planı çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Avropa İttifaqı ölkələrinin təcrübəsinə və hüquq mexanizmlərinə əsaslanaraq Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesini dəstəkləməkdir. Layihənin bu günə kimi əldə etdiyi əsas nəticələr, mədəni sərvətlərin ərazi üzrə inteqrativ idarəetmə planlaşdırmasına yönələn hazırkı fəaliyyətləri tərəfdaşlarla paylaşılıb.

Son xəbərlər

Orphus sistemi