Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, görüşdə bölgədəki vəziyyət nəzərdən keçirilib.
İ.Qaribaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.
Tərəflər Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunublar.
Hər iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət, gənclər və idman naziri Tea Tsulukiani də iştirak edib.