Yuxarı

​Azərbaycanın birinci xanımı Fransa Senatının üzvü Natali Qule ilə görüşüb

Natali Qule artıq ənənə halı alan Bakı Forumunun mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb

Bakı. 18 may. REPORT.AZ/ Mayın 18-də Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransa Senatının üzvü Natali Qule ilə görüşüb. “Report”un xəbərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva senator Natali Quleni Bakıda yenidən görməkdən məmnunluğunu bildirib. Mehriban Əliyeva Natali Qule ilə müxtəlif tədbirlərdə birgə iştirakını xatırlayıb və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb. Birinci xanım Mehriban Əliyeva Natali Qulenin Fransa parlamentinin üzvü kimi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verməsini yüksək dəyərləndirib.

Yenidən Azərbaycana səfərindən məmnun olduğunu söyləyən Fransa parlamentinin deputatı hər gəlişi zamanı paytaxtda gördüyü dəyişikliklərin və yeniliklərin onu heyran etdiyini bildirib. Tədbirə dəvətə görə təşəkkürünü bildirən Natali Qule artıq ənənə halını alan Bakı Forumunun mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi