Səadət Yusifova: "Azərbaycanın qeyri-maddi mədəni irsi hibrid təhdidlərlə üzləşib"

Səadət Yusifova: "Azərbaycanın qeyri-maddi mədəni irsi hibrid təhdidlərlə üzləşib" Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın qeyri-maddi mədəni irsinin hibrid təhdidlərlə üzləşdiyini açıqlayıb.
Mədəniyyət siyasəti
18 Dekabr , 2023 10:42
Səadət Yusifova: Azərbaycanın qeyri-maddi mədəni irsi hibrid təhdidlərlə üzləşib

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın qeyri-maddi mədəni irsinin hibrid təhdidlərlə üzləşdiyini açıqlayıb.

"Report" xəbər verir ki, o, bu barədə Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı danışıb.

S.Yusifova bildirib ki, itməkdə olan dekorativ tətbiqi sənət istiqamətlərinin bərpası və yeni formalarda yenidən həyata qaytarılması, innovasiyaların tətbiqi, ənənələrin nəsildən-nəslə ötürülməsi qeyri-maddi mədəni irsin mühafizəsi və yaşadılmasına sistemli yanaşmanı şərtləndirir: "Məhz qeyri-maddi mədəni irs ölkəmizin qarşılaşdığı hibrid təhdidlər sırasında ön sıralardan birini tutur. Hazırda 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun Ümumdünya qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib və bu proses gələcəkdə də davam edəcək. Son üç il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər əsasən mədəni irs, tarix və ümumilikdə mədəniyyətlə bağlı olacaq".

Nazir müavini vurğulayıb ki, "Mədəni İrs" forumunun gedişində mədəni irsin qorunması ilə bağlı müzakirələrə çıxarılacaq məsələlər və təkliflər diqqətə alınacaq, 2040-cı ilə hədəflənmiş yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq: "İnanıram ki, bu forum mədəni irsimizin düzgün qorunması və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək"

Son xəbərlər

Orphus sistemi