Yuxarı
    Bağlamaq

    Azərbaycanda Türkiyə Mədəniyyət Günləri keçiriləcək

    Tədbirdə Türkiyənin mədəniyyət xadimləri çıxış edəcək, eləcə də türk ustalarının əl işləri nümayiş olunacaq

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda Türkiyə Mədəniyyət Günləri keçiriləcək.

    Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyit Mehmet Arslan "Report"a bildirib ki, Mədəniyyət Günləri çərçivəsində tədbirlər Bakıda noyabr ayının 23-dən 27-nə qədər keçiriləcək.

    Onun sözlərinə görə, tədbirdə Türkiyənin mədəniyyət xadimləri çıxış edəcək, eləcə də türk ustalarının əl işləri nümayiş olunacaq. S.M.Arslan qeyd edib ki, hazırda tədbirin təşkili üzrə işlər aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi