Bu gün Bakıda laltviyalı rəssam Yuli Straumun 150 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlər ornamentlər vasitəsilə” adlı Latviyanın Azərbaycandakı mədəni irsinin təqdimat mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Latviya parlamentinin sədri Dayqa Mierinya iştirak edib.
“Son illər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr hər kəsi sevindirir. Yuli Straum nəhəng mədəni irs qoyub gedib. Xoşbəxtlikdən, bu irs təkcə Latviyada deyil, Azərbaycanda da tapıla bilər”, - tədbirin açılışında Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov bildirib.
Təqdimat zamanı Bakı şəhərinin tarix və memarlıq sahəsi üzrə tədqiqatçısı Fuad Axundovun Yuli Straumun həyat və yaradıcılığından bəhs edən videoçarxı nümayiş etdirilib.