Azərbaycanda ilk dəfə “Nine Senses Fest” adlı beynəlxalq festival keçiriləcək.
"Report" xəbər verir ki, 6-8 oktyabrda baş tutacaq festival “Nine Senses” sənət və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyilə baş tutacaq.
Bu, ruh, bədən və ağıl (Spirit, Body, Mind) istiqamətləri üzrə təcrübələr festivalıdır.
“Nine Senses Fest” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, Artistic yoqa, meditasiya təcrübələri, bədən yönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik qrup məşqləri, emosional zəkanın inkişafına yönəlik fərqli sahələr üzrə kouçinq, müxtəlif növ art-terapiyalar təşkil olunacaq. Festivalda Azərbaycanın, eləcə də dünyanın ən peşəkar mütəxəssisləri ustad dərsləri keçəcək.
Tədbir üç məkanda “The club Port Baku”da (6 oktyabr), “Nine Senses” özünüinkişaf və sənət mərkəzində, eləcə də “Sea Breeze”də (7-8 oktyabr) təşkil olunacaq.
Festivalda iştirak etmək istəyən hər kəs
Bundan əlavə, festival haqqında geniş məlumat əldə etmək istəyənlər
Bununla yanaşı, əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram da təşkil olunacaq. Festivalın sonunda isə hedlayner İmran Kriyanın canlı meditasiya konserti və müğənni Çingiz Mustafayevin canlı konsert proqramı olacaq.
Qeyd edək ki, tədbirin 4 hedlayneri vardır:
- İmram Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalist.
- Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir.
- Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri.
- Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri. O, ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.