Azərbaycanda Fin film qovşağının yaradılması təklif edilib

Azərbaycanda Fin film qovşağının yaradılması təklif edilib “Fin film qovşağının yaradılması üçün Azərbaycan çox gözəl məkandır”.
Mədəniyyət siyasəti
21 Aprel , 2023 16:57
Azərbaycanda Fin film qovşağının yaradılması təklif edilib
Matyö Darras

“Fin film qovşağının yaradılması üçün Azərbaycan çox gözəl məkandır”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda Kann, Venesiya və San-Sebastyan film festivallarının sabiq tərtibatçısı Matyö Darras deyib.

Onun sözlərinə görə, bunun üçün kino sahəsində qonşu dövlətlərlə münasibətlər qurmaq olar: “Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşən zəngin mədəniyyətə malik ölkədir. Bütün bunları nəzərə alaraq burada Fin film qovşağını yaratmaq üçün kifayət qədər imkanlar olduğunu düşünürəm”.

M.Darras hesab edir ki, bu cür ölkələr insanların diqqətini də xüsusilə cəlb edir.

Son xəbərlər

Orphus sistemi