Azərbaycanda Ali Teatr məktəbinin yaradılması təklif olunur

Azərbaycanda Ali Teatr məktəbinin yaradılması təklif olunur Azərbaycan Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə yaradıcı heyət arasında Sumqayıt Dövlət Dram Teatrında görüş keçirilib. Görüş zamanı “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.
Mədəniyyət siyasəti
153
15 Noyabr , 2021 16:28
Azərbaycanda Ali Teatr məktəbinin yaradılması təklif olunur

Azərbaycan Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə yaradıcı heyət arasında Sumqayıt Dövlət Dram Teatrında görüş keçirilib. Görüş zamanı “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, İctimai Şuranın sədri Gəray Əlibəyli bildirib ki, biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi Nazirliyin rəhbərliyinə təqdim edirik. Mədəniyyət Nazirliyinin internet səhifəsində İctimai Şura bölməsi yaradılacaq və nəticədə təkliflərin daha operativ şəkildə rəhbərliyə çatması təmin ediləcək.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Milli teatrın yeni mərhələdə təşəkkülü, müasir Azərbaycan teatr modelinin qurulması üçün təkliflər paketini Nazirliyə göndərdiyi barədə məlumat verdi. Eyni zamanda direktor onu da qeyd etdi ki, aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr məktəbinin təsis edilməsi daha effektiv olar.

Sonda Azərbaycan Respublikasıın Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli görüşün əhəmiyyətini, habelə bu qəbildən olan görüşlərin effektliyini vurğuladı və bildirdi ki, biz İctimai Şura olaraq, bütün təklif və təşəbbüsləri təhlil edir və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təqdim edirik.

Son xəbərlər

Orphus sistemi