Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, mədəni əlaqələrin inkişafı müzakirə edilib

Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, mədəni əlaqələrin inkişafı müzakirə edilib Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, iki ölkə arasında mədəni əlaqələrin inkişafı müzakirə edilib.
Mədəniyyət siyasəti
17 Noyabr , 2023 11:36
Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, mədəni əlaqələrin inkişafı müzakirə edilib

Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, iki ölkə arasında mədəni əlaqələrin inkişafı müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 16-18-də keçirilən IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir.

O, səfər çərçivəsində Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib. Görüş zamanı iki ölkə arasında mədəni əlaqələrin tarixi və inkişaf perspektivləri müzakirə olunub. Rusiyalı nazir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəsində geniş qeyd olunduğunu vurğulayıb.

Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı müzakirə aparılıb.

Azərbaycanın mədəniyyət naziri rusiyalı həmkarını 2024-cü ildə Bakıda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşün sonunda Olqa Lyubimovaya “Şuşa – zirvədən uca” kitabı hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi