Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dohada qətərli həmkarı Salah bin Qanem Al Əli ilə görüşüb.
Bu barədə "Report" "Gulf Times"a istinadən xəbər verir.
Görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.