Yuxarı

Azərbaycan Tehranda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunacaq

Ölkəmizi sərgidə nazirliklə yanaşı, 10 yerli turizm şirkəti və mehmanxana da təmsil edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Fevralın 16-dan 19-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçiriləcək "HT&T Iran Hotel, Travel & Tourism International Exhibition" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bu məqsədlə Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov Tehran şəhərində səfərdədir. Ölkəmizi sərgidə nazirliklə yanaşı, 10 yerli turizm şirkəti və mehmanxana da təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 32 kv.m sahədə stend quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi adıçəkilən sərgidə ikinci dəfədir iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi