Yuxarı

Azərbaycan səfiri İordaniyanın mədəniyyət naziri ilə görüşüb

Səfir “Qanlı Yanvar” faciəsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü barəsində ətraflı məlumat verib

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanın İordaniya Haşimi Krallığındakı səfiri Sabir Ağabəyov bu ölkənin mədəniyyət naziri xanım Lana Mamkegh ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan XIN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinin tarixindən danışan xanım Lana Mamkegh, dövlət başçılarının şəxsi dostluğunun bu əlaqələrin möhkəmlənməsində müstəsna rol oynadığını qeyd edib. İkitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, mədəniyyət sahəsində də iki ölkə arasında sıx əməkdaşlığın olduğunu deyən nazir 2009-cü ildə Bakıda İordaniya, 2010-cu ildə isə İordaniyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin yadda qalan tarixi hadisə olduğunu vurğulayıb.

Xanım Lana Mamkegh İordaniya tələbələri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qaliblərinin, eləcə də "Univision" Tələbələrin II Beynəlxalq Mahnı Müsabiqəsində iştirak üçün İordaniyanın Filadelfiya Universitetinin tələbələrinin Azərbaycana səfərinin təşkil edilməsinə görə minnətdarlığını ifadə edib.

Səfir Sabir Ağabəyov Azərbaycanın dost ölkə olan İordaniya ilə digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də daha sıx əməkdaşlığa əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Görüş əsnasında səfir Azərbaycan xalqına qarşı törədilmiş “Qanlı Yanvar” faciəsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin talan edilməsi barəsində ətraflı məlumat verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi