Yuxarı

​Azərbaycan Rusiyada milli mədəniyyətlər festivalında təmsil olunub

Festivalın keçirilməsində məqsəd etnoslararası qarşılıqlı fəaliyyətin formalaşdırılması olub

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiyanın Tula şəhərində Milli Mədəniyyətlər festivalı keçirilib.

"Report" "VAKinfo"ya istinadən xəbər verir ki, Azərbaycan festivalda Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsi ilə təmsil olunub.

Tədbir xalq kollektivlərinin çıxışı ilə yekunlaşıb.

Festivalın keçirilməsində məqsəd beynəlmiləl tələbə gənclərin yaradıcılıq potensialının reallaşdırılması üçün şəraitin yaradılması, etnoslararası qarşılıqlı fəaliyyətin formalaşdırılması, həmçinin beynəlxalq gənclər layihələrinin inkişafına köməkdən ibarət olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi