Azərbaycan mədəniyyəti Moskva şəhərində nümayiş olunub

Azərbaycan mədəniyyəti Moskva şəhərində nümayiş olunub Moskvadakı “Xalq təsərrüfatının nailiyyətləri sərgisi”nin Azərbaycan pavilyonunda sözügedən şəhərin 874 illiyi münasibətilə “Moskva – Bakı: qəlblər birləşir” adlı bayram tədbiri keçirilib.
Mədəniyyət siyasəti
11 Sentyabr , 2021 17:16
Azərbaycan mədəniyyəti Moskva şəhərində nümayiş olunub

Moskvada “Xalq təsərrüfatının nailiyyətləri sərgisi”nin Azərbaycan pavilyonunda sözügedən şəhərin 874 illiyi münasibətilə “Moskva – Bakı: qəlblər birləşir” adlı bayram tədbiri keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, pavilyon qarşısında milli musiqi və rəqslərin nümayiş olunduğu tamaşalar göstərilir.

Pavilyonun direktoru Səadət Qədirova bildirib ki, belə bir gündə Azərbaycan mədəniyyətini, xalqımızın adət-ənənələrini tanıtmaq fürsəti əldən verilə bilməz: “Bu gün milli rəqslərimiz və musiqimiz, təamlar nümayiş olunur. Sözsüz ki, bütün bunlar Vətəni xatırladır. Belə bir tədbir Azərbaycanı Moskva sakinlərinə, qonaqlarına tanıtmaq üçün fürsətdir. Çalışdıq ki, pavilyona yaxınlaşan hər kəs Azərbaycan ab-havasını hiss etsin”.

Qeyd edək ki, sentyabrın 12-dək davam edəcək tədbirin qonaqları Azərbaycan təamlarından dadmaqla yanaşı, milli üslubda tərtib olunmuş xüsusi guşədə xatirə şəkilləri də çəkdirə bilərlər.

Son xəbərlər

Orphus sistemi