Bakı. 4 yanvar. REPORT.AZ/ İstanbulda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi (AME) “Cem Karaca” Mədəniyyət Mərkəzində konsert proqramı təşkil edib.
"Report"-un TRT-yə istinadla verdiyi xəbərə görə, AME-nin sədri Hikmət Elp Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən bəhs edib.
Tamaşaçılar arasında Bakı, Gəncə Naxçıvan, Təbriz, Urmiya, Qars, Edirnə və digər şəhərləri təmsil edən qonaqların olduğuna diqqətə çatdıran H.Elp vurğulayıb ki, 31 dekabr təkcə azərbaycanlıların həmrəylik günü deyil, həm də ölkələr və xalqlar arasında dostluğa xidmət edən bayramdır.