Yuxarı

Azərbaycan MDB-nin ən perspektivli turizm ölkəsi seçilib

2015-ci ildə Azərbaycana 2 mln.-dan artıq gələn turistin 685 min nəfəri Rusiyanın payına düşüb

Bakı. 31 mart. REPORT.AZ/ Rusiyanın "Travel.ru" turizm servisi 2016-cı ildə MDB-nin ən perspektivli turizm ölkələrini müəyyənləşdirib. Reytinq son il ərzində müstəqil səyahət edən turistlərin hotel və mənzil ayırmalarının artması əsasında tərtib edilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Məqalədə qeyd edilir ki, MDB ölkələrində 1 sutka qalmaq xərci orta hesabla 3 min rubl (71,18 AZN) təşkil edir. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən də yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olub.

Rusiyalılar arasında istirahət üçün populyarlığının artım səviyyəsinə görə Azərbaycan liderlik edir.

2015-ci ildə Azərbaycana 2 mln.-dan artıq gələn turistin 685 min nəfəri Rusiyanın payına düşüb. Onlar əsasən paytaxt Bakı, Şahdağ dağ-xizək kurortu, Gəncə, Şamaxı, Qəbələ və Naftalan, habelə Göygöl, Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkərana ziyarət edib.

Qeyd edək ki, 2016-cı il fevralın 24-də Moskva şəhərində Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin açılışı keçirilib. Bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində “Tour A Vent” şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi