“Azərbaycan” mahnısının yeni ifada və fərqli təqdimatda klipi çəkilib
Mədəniyyət siyasəti
- 05 noyabr, 2021
- 09:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Televiziyasının (AzTV) yeni “Oxuyan Vətən” layihəsi çərçivəsində sözləri Xalq şairi Nəbi Xəzriyə, musiqisi Xalq artisti Müslüm Maqomayevə aid olan “Azərbaycan” mahnısının yeni ifada və fərqli təqdimatda klipi çəkilib.
Bu barədə "Report"a Heydər Əliyev Sarayından məlumat verilib.
Bildirilib ki, layihədə sözügedən musiqiyə məşhur vokal ifaçısı, Əməkdar artist Ramil Qasımov fərqli təqdimatı ilə yeni nəfəs verib.
Çəkilişlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində Cıdır düzündə aparılıb.
Zəfər Gününə həsr olunan klip noyabrın 8-də AZTV-də yayımlanacaq.
Klipin quruluşçu rejissoru Elnur Qədirovdur.
Son xəbərlər
12:24
Azərbaycan Premyer Liqası: "Sabah" - "Qarabağ" matçının hakimləri müəyyənləşib
Futbol
12:24
Hesablama Palatası performans auditi əsasında dövlət sektorunda boşluqları müəyyən edib
Maliyyə
12:24
İstanbulda 7 ölkənin XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər
Digər ölkələr
12:23
Britaniya rəsmisi: Balkanların təhlükəsizliyi Avropaya inteqrasiyanın gücləndirilməsi ilə birbaşa bağlıdır
Digər ölkələr
12:22
Azərbaycan karbon izini azaltmaq üçün enerji və sənayedə dəyişikliklərə hazırlaşır
Energetika
12:20
Hesablama Palatasının sisteminə 1 000-dən çox dövlət qurumu inteqrasiya olunub
Maliyyə
12:19
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb
Daxili siyasət
12:19
Marçin Bosatski: Balkan ölkələri Aİ-yə inteqrasiya edilməsə, başqaları bu fürsətdən yararlanacaqlar
Xarici siyasət
12:19
Sabah Bakıda yağış yağacaq
Ekologiya