Azərbaycan “Keşikçidağ”da aşkarlanmış artefaktların tarixini dəqiqləşdirir

Azərbaycan “Keşikçidağ”da aşkarlanmış artefaktların tarixini dəqiqləşdirir Azərbaycan arxeoloji abidələrdən əldə olunan maddi-mədəniyyət nümunələrinin daha dəqiq tədqiq olunması üçün Türkiyənin təcrübəsindən istifadə etməyi düşünür.
Mədəniyyət siyasəti
19 Dekabr , 2022 13:04
Azərbaycan “Keşikçidağ”da aşkarlanmış artefaktların tarixini dəqiqləşdirir

Azərbaycan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi-arxeoloji qazıntı zamanı aşkarlanmış artefaktların tarixini dəqiqləşdirir.

"Report" xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

Rəis müavini vurğulayıb ki, Azərbaycan arxeoloji abidələrdən əldə olunan maddi-mədəniyyət nümunələrinin daha dəqiq tədqiq olunması üçün Türkiyənin təcrübəsindən istifadə etməyi düşünür.

O bildirib ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində elmi-arxeoloji qazıntı, tədqiqat və kəşfiyyat işlərinin nəticəsində aşkar olunan artefaktların tarixinin dəqiqləşdirilməsi ilə bağlı radiokarbon və izotop analizlərinin laboratoriya şəraitində tədqiq olunması üçün müraciət edilib.

Son xəbərlər

Orphus sistemi