Azərbaycan filmi Qırğızıstanda keçirilən festivalda nümayiş olunacaq

Azərbaycan filmi Qırğızıstanda keçirilən festivalda nümayiş olunacaq Rejissor Zamin Məmmədovun “Səs” filmi 10-cu Qırğızıstanda keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürcüstanı əhatə edən Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilib.
Mədəniyyət siyasəti
3 Sentyabr , 2021 14:07
Azərbaycan filmi Qırğızıstanda keçirilən festivalda nümayiş olunacaq

Rejissor Zamin Məmmədovun “Səs” filmi 10-cu Qırğızıstanda keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürcüstanı əhatə edən Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilib.

“Azərbaycanfilm” Kinostudiyasından "Report"a verilən məlumata görə, filmin ssenari müəllifi mərhum sənətçi Rövşən Almuradlı, rejissoru isə Zamin Məmmədovdur. Baş rollarda Vidadi Əliyev, Nigar Məmmədova və Rəşad Səfərov yer alıb. Çəkilişlər İsmayıllı rayonunun kəndlərində aparılıb.

Film, Qərbi Azərbaycandan zorla çıxarılmış həmyerlilərimizin vətən həsrətindən bəhs edir. Filmin qəhrəmanı, yaşa dolmuş ağsaqqal, oğlunun gətirdiyi doğma torpaqlarının arxiv kadrlarına baxaraq özünü sanki o torpaqlarda hiss edir. Qoca hər gün kadrları izləyərək yuxulayır. Yuxusunda isə doğma kəndini görür və sonda da dünyasını vətən həsrəti ilə elə yuxuda ikən dəyişir.

Festival bu ilin 14-17 Senytabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi