Yuxarı

Azərbaycan Dövlət Uşaq Filamoniyası XIV Dil və Mədəniyyət Festivalında çıxış edib

Festival İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilib

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 6-dan 12-nə kimi İndoneziyanın paytaxtı Cakarta şəhərində XIV Dil və Mədəniyyət Festivalı keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Festivalda dünyanın 22 ölkəsi - ABŞ, Ukrayna, Qazaxıstan, Serbiya, Hindistan, o cümlədən Azərbaycan da iştirak edib.

Ölkəmizi festivalda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Sədəf” xalq çalğı alətləri ansamblının solisti Kənan Ağayev təmsil edib. Türk mahnılarından ibarət “Kara Deniz” adlı popuri çox böyük marağa səbəb olub.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Ansamblda uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanına malikdirlər. Belə ki, muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayiətini öyrənirlər. Ansambla Bakının müxtəlif musiqi məktəblərindən şagirdlər həvəslə maraq göstərir və ansamblın fəaliyyətində yaxından iştirak edirlər.

Qeyd edək ki, ansamblın bədii rəhbəri Qönçə Mehdiyevadır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi