Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər Bu məsələ dekabrın əvvəlində təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin iclasında müzakirə ediləcək
Mədəniyyət siyasəti
4581
29 Noyabr , 2017 14:37
Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma qaydasının YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınması üçün müraciət edib.

"Report"un BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, məsələ bu il dekabrın 4-dən 9-dək Cənubi Koreyanın Çedjudo adasında keçiriləcək təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında müzakirə olunacaq.

Tədbir iştirakçıları 34 yeni müraciətə baxacaqlar.