Azərbaycan diaspor təşkilatı festivalda təmsil olunub

Azərbaycan diaspor təşkilatı festivalda təmsil olunub Çadırı ziyarət edənlər arasında Türkiyədə yayımlanan “Diriliş Ertoğrul” və “Fatih” filmlərinin aktyorları da olub
Mədəniyyət siyasəti
11 Sentyabr , 2017 17:02
Azərbaycan diaspor təşkilatı festivalda təmsil olunub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Derince Azərbaycan Evi Dərnəyi Türkiyənin Bilecik rayonunun Söğüt qəsəbəsində Ərtoğrul Qazini anma və Yörük festivalında iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, üç gün davam edən festivala Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, yerli icra orqanlarının rəhbərləri, millət vəkilləri, siyasət, mədəniyyət xadimləri, KİV nümayəndələri və digər qonaqlar qatılıb.

Festivalın ziyarətçiləri üçün qurulmuş TADEF-in çadırında təşkilatın mətbu orqanı olan “Azərbaycanın Səsi” jurnalı təqdim edilib, federasiyanın fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı məlumat verilib. Festivalda Derince Azərbaycan Evi Dərnəyinin folklor qrupunun çıxışı da təşkil olunub.

TADEF çadırını ziyarət edən Vali Tahir Büyükakın, Türkiyə Səhiyyə Nazirliyinin Dövlət Xəstəxanaları İdarəsinin rəhbəri Hasan Aydınlık və digər rəsmi şəxslərə təşkilatın fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib. Çadırı ziyarət edənlər arasında Türkiyədə yayımlanan “Diriliş Ertoğrul” və “Fatih” filmlərinin aktyorları da olub.

Son xəbərlər

Orphus sistemi