Azərbaycan Daşkənddə "Xalqların adət-ənənələri" adlı mədəniyyət festivalında iştirak edib

Azərbaycan Daşkənddə "Xalqların adət-ənənələri" adlı mədəniyyət festivalında iştirak edib Azərbaycan üçün ayrılmış otaqda ölkənin mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlər, xalçalar nümayiş olunub
Mədəniyyət siyasəti
2 May , 2016 18:26
Azərbaycan Daşkənddə Xalqların adət-ənənələri adlı mədəniyyət festivalında iştirak edib

Bakı. 2 may. REPORT.AZ/ Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq “Xalqların mədəniyyəti və adət-ənənələri” adlı festival keçirilib.

"Report"un məlumatına görə, tədbirdə ölkəni Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan üçün ayrılmış otaqda ölkənin mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlər, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.

Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri göstərilib.

Tədbirin bədii hissəsində Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Son xəbərlər

Orphus sistemi